17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Qara qutu"-nun açılmasında Çin və Britaniya mütəxəssisləri iştirak edəcək.
Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Bununla bağlı əlimizdə bütün lazım olan sübutlar var.
Mətbuatın məlumatına görə, bunu Rusiya Hərbi-Kosmik Qüvvələri komandanının müavini Sergey Dronov Moskvada keçirdiyi brifinqdə bəyan edib.
O bildirib ki, vurulan Su-24 təyyarəsi Türkiyə və onun vətəndaşları üçün heç bir təhlükə törətməyib. Dronov qeyd edib ki, Su-24 Türkiyə sərhədindən 5,5 kilometr aralıda vurulub: "Elə həmin gün Türkiyə rəhbərliyi Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu bəyan edib. Biz bu gün də qeyd edirik ki, Rusiya təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Rusiyanın əlində Su-24-ün Türkiyə sərhədinin pozmadığına dair sübutlar var".
Dronovun sözlərinə görə, vurulan təyyarənin “qara qutusu”nun oxunmasında Çin və Britaniya mütəxəssisləri iştirak edəcək.
Komandan müavini dekabrın 8-də Su-24 təyyarəsinin "qara qutusu"nun Rusiya tərəfinə təhvil verildiyini əlavə edib. "Rusiya prezidentinin tapşırığı əsasında "qara qutu"nun tədqiqatı beynəlxalq ictimaiyyət üçün açıq aparılacaq. Məhz buna görə də biz, 14 dövlətə, beynəlxalq ekspertlərə həmin tədqiqatda iştirak üçün müraciət etmişik".