17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mühüm addım: dilçi alimlərdən ibarət İşçi Qrupu yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasının açıq müzakirəyə təqdim etdiyi və iki aydan çoxdur müzakirə olunan “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsi ilə bağlı məlumat yayıb.
Emtv.az xəbər verir ki, AMEA-dan verilən məlumata görə, layihə ilə bağlı Orfoqrafiya Komissiyasına və Nəsimi adına Dilçilik İnstitutuna çoxsaylı yazılı və şifahi müraciətlər daxil olub.
Bildirilib ki, tənqidləri nəzərə alaraq, artıq “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət İşçi Qrupu yaradılıb:
“İşçi Qrupu “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları”na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi Qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Orfoqrafiya Komissiyasına təqdim ediləcək”.
Məlumatda qeyd edilib ki, Orfoqrafiya Komissiyasının tərkibinə ölkənin tanınmış dilçi alimləri – akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir:
“Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunduqdan sonra qəbul edilən dəyişikliklər təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq”.
AMEA-dan bildirilib ki, “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə AMEA Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər.
Emtv.az