SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Tərcümə Mərkəzinin orfoqrafiya lüğəti hazırlaması düzgün deyil” – AMEA-nın vitse-prezidenti

7-06-2017, 10:43 | Oxunub: 7 888 |

“Tərcümə Mərkəzinin orfoqrafiya lüğəti hazırlaması düzgün deyil” – AMEA-nın vitse-prezidenti
“Peşəkar olmayan qurumun orfoqrafiya lüğəti hazırlaması düzgün deyil”

“Mətbuatdan oxuyuram ki, başqa qurumlar da “Orfoqrafiya lüğəti” hazırlamaq istiqamətində iş aparırlar. Tərcümə Mərkəzinin bu istiqamətdə iş apardığı haqqında da məlumatlar oxuyuram. Ədalət naminə deyim ki, bu işin məsuliyyəti də, elmi-tədqiqat baxımından borcu da Azərbaycan Milli Elmlər Akademiyasına aiddir. Akademiya digər qurumlarda hazırlanan “Orfoqrafiya lüğət”lərinin məsuliyyətini üzərinə götürmür”.

Emtv.az xəbər verir ki, bunu apa-ya Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Dilçilik İnstitutunda yeni “Orfoqrafiya lüğəti” üçün müəyyən olunmuş işçi qrupu yeni konsepsiya və prinsipləri hazırlayır:

“Biz işçi qaydasında bir dəfə bu məsələni müzakirə edib əlavə tapşırıqlar vermişik. Bu ilin ikinci yarısında “Orfoqrafiya lüğəti”nin konkret və praktik olaraq hazırlanmasına başlanılacaq. Bu iş tələsik aparılmamalıdır. Düşünürəm ki, orfoqrafiya qaydaları kimi məsuliyyətli işdə tələskənliyə yol vermək olmaz. Çünki bu lüğəti hazırlamaq üçün kifayət qədər sanballı, ixtisaslı mütəxəssislər olmalıdır. Akademiyada belə bir baza var və bu işlərlə indiyə qədər məşğul olub. Digər qurumların hazırlayacağı lüğətin yüksək səviyyədə olacağına əvvəlcədən tam inana bilmirəm. Bu işi görmək akademiyanın borcudur. “Orfoqrafiya lüğəti”ni 1938-ci ildən bu günə qədər Milli Elmlər Akademiyası hazırlayıb. Bu qədər mütəxəssislərin iş aparmasına baxmayaraq, lüğətdə nələrinsə çatmadığı, uyğun olmadığı barədə fikirlər səslənir. Necə ola bilir ki, bu qədər mütəxəssisləri olan kollektivin hazırladığı lüğətdə müəyyən qüsurlar axtara bilirik? Ümumiyyətlə, peşəkar olmayan bir qurumun lüğət hazırlamasını haqlı və düzgün hesab etmirəm. Mətbuatda oxumuşam ki, onlar tam sistemli orfoqrafiya lüğəti yox, işlək “Orfoqrafiya lüğəti” hazırlayırlar. Yəni mətbuat üçün işlək olan sözlərin məqbul olan ortaq variantını hazırlayıb mətbuatın işinə kömək etmək istəyirlər. Bu, mənim düşündüyüm və normativ qaydada olan “Orfoqrafiya lüğəti” deyil. Təkrar edirəm ki, fundamental lüğəti Milli Elmlər Akademiyası hazırlamağa başlayıb”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR