18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“İnsanların Əli Abbasovu mühakimə etməsi düzgün deyil” – AÇIQLAMA
Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın müşaviri təyin olunub.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov mətbuata açıqlamasında bildirib ki, təyinatı normal qarşılamaq lazımdır:
“Əli Abbasovun AMEA-nın müşaviri təyin edilməsini normal qiymətləndirirəm. Çünki o, informasiya və kommunikasiya texnologiyaları sahəsində tanınmış mütəxəssisdir. Akademikdir və müəyyən nailiyyətləri var. Fikirləşirəm ki, bu sahə üzrə Elmlər Akademiyasında onun faydalı məsləhətləri ola bilər.
Digər tərəfdən Əli Abbasovun keçmişi, harada işləməsi və ya vəzifəsindən azad edilməsinin mənə aidiyyatı yoxdur. Onu mühakimə etməyə haqqım da yoxdur. Mən onu informasiya texnologiyaları sahəsində yaxşı mütəxəssis kimi tanıyıram. Düşünürəm ki, ona müşavir vəzifəsinin verilməsi Elmlər Akademiyasının işinə müsbət təsir götərəcək”.
Ramiz Məmmədov həmçinin qeyd edib ki, insanların keçmiş naziri mühakimə etməsi düzgün deyil:
“İndi insanlar Əli Abbasovun əvvəlki fəaliyyətindəki mənfi tərəfləri görür. Amma bu insan həm də mütəxəssisdir axı. Eyni zamanda Əli Abbasov heç mühakimə də olunmayıb. Mən necə onu günahlandıra bilərəm?
Kiminsə də ixtiyarı yoxdur ki, məhkəmənin qərarı olmadan o şəxsi cinayətlə və ya başqa bir şeylə günahlandırsın. Son söz məhkəmənindir. Bu bizim işimiz deyil”.
Qeyd edək ki, Əli Abbasov 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı. Hazırda məhkəmədə həmin korrupsiya işi araşdırılır.
Emtv.az