17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Culfa rayonunda Hüseyn və Zərri nənənin evliliklərinin 70 illik yubileyi qeyd edilib
Muxtar respublikada uzunömürlü ailələrdən biri də Culfa rayonunun Qazançı kəndində yaşayan Rəhimovlar ailəsidir. Bu il Hüseyn və Zərri nənənin evliliklərinin 70 ili tamam olur. Ailənin 6 övladı, 22 nəvəsi və 29 nəticəsi var.
Emtv.az xəbər verir ki, Rəhimovlar ailəsində evliliklərinin 70 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova çıxış edərək, Rəhimovları evliliklərinin 70 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıblar.
Vurğulanıb ki, bu gün muxtar respublikada yaşayan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uzunömürlü ailələrin yubileylərinin geniş şəkildə qeyd edilməsi muxtar respublikada ailələrimizə göstərilən diqqət və qayğının ifadəsidir. Belə uzunömürlü ailələr cəmiyyətimizdə yeni qurulan gənc ailələr üçün örnəkdir.
Sonda ailəyə hədiyyə və gül buketi təqdim olunub.
Yubilyarlar və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Emtv.az