17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Muxtar respublikada növbəti əmək yarmarkaları keçiriləcək
Naxçıvan Muxtar Respublikasında növbəti əmək yarmarkalarına aprelin 11-də start veriləcək. İlk tədbir Sədərək rayonunun Heydərabad qəsəbə mərkəzində təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən azərtac-a bildiriblər ki, aprel ayının 12-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə vakant iş yerləri təqdim ediləcək. Aprelin 13-də keçiriləcək əmək yarmarkasının növbəti ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu xidmətdən aprel ayının 14-də yararlana biləcəklər. Aprelin 18-də ordubadlılara, 19-da babəklilərə, 20-də isə şərurlulara iş yeri seçmək imkanı yaradılacaq.
Naxçıvan şəhərində əmək yarmarkası aprel ayının 21-də “Gənclik” Mərkəzində keçiriləcək.
Qeyd edək ki, ötən il də muxtar respublikanın bütün şəhər və rayonlarında əmək yarmarkaları, eyni zamanda, təhsil və səhiyyə yarmarkaları təşkil olunub.
Emtv.az