17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xüsusi qayğıya ehtiyacı olan məktəblilərə qış geyim dəstləri verilib
Dünən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə əlaqədar tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Məmməd Qəribov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada təhsilin inkişafından, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası, onların təhsilə cəlbi, yaradıcılıq potensiallarının üzə çıxarılması üçün yaradılan şəraitdən, problemlərinin həlli istiqamətində görülən işlərdən, asudə vaxtlarının səmərəli təşkilindən bəhs ediblər.
Həmin gün muxtar respublikanın rayonlarında da tədbirlər keçirilib və ümumilikdə, muxtar respublika üzrə 407 uşağa, Təhsil Nazirliyi tərəfindən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 54, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 273, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə aztəminatlı ailələrdən olan 80 şagirdə qış geyimi verilib.
Tədbir iştirakçıları sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Muxtar respublika üzrə distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud 24 uşağa qış geyimi evlərində təqdim olunub.
Qeyd edək ki, bu kateqoriyadan olan uşaqlar daim dövlətimizin hərtərəfli qayğısı əhatəsindədirlər. Onların sağlam böyümələri, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” uğurla icra olunub, Ali Məclis Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların müasir dövrün tələbləri səviyyəsində təhsil almasına, cəmiyyətə daha fəal inteqrasiyasına geniş imkanlar yaradıb. Dövlət proqramının icrası ilə bağlı Bilik Günü ərəfəsində yuxarıda adıçəkilən kateqoriyalardan olan uşaqlara məktəbli forması, çantası və dərs ləvazimatları təqdim olunub.