SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 411 uşaq pulsuz məktəbli formaları və ləvazimatları ilə təmin olunub.

6-09-2017, 13:16 | Oxunub: 12 022 |

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 411 uşaq pulsuz məktəbli formaları və ləvazimatları ilə təmin olunub.

Sentyabrın 6-da Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları təqdim olunub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu münasibətlə Təhsil nazirliyində təşkil edilən tədbirdə təhsil naziri Məmməd Qəribov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası, onların təhsilində müasir üsulların tətbiqi və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərdən söz açıblar.

Çıxış edənlər şagirdləri qarşıdan gələn “Bilik Günü” münasibətilə təbrik ediblər.

Sonra uşaqlara məktəbli geyim forması və dərs ləvazimatları təqdim olunub.


Bu tədbirlər Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında da təşkil edilib. Ümumilikdə hər iki valideynini itirən 44 uşaq, sağlamlıq imkanları məhdud 280 uşaq, aztəminatlı ailələr üzrə 87 uşaq olmaqla 411 uşaq məktəbli formaları və ləvazimatları ilə təmin olunub.

Qeyd edək ki, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən və distant tədrisə cəlb olunan 21 uşağa, eşitmə qabiliyyəti məhdud 7 uşağa məktəbli geyim forması və dərs ləvazimatları evlərində təqdim olunub.

Qeyd edək ki, Muxtar Respublikada “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilərək icra olunur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR