SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikasında əhalinin işlə təminatı diqqət mərkəzindədir

17-05-2017, 14:20 | Oxunub: 15 229 |

Naxçıvan Muxtar Respublikasında əhalinin işlə təminatı diqqət mərkəzindədir
Muxtar respublikada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilir.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, ötən ay 288 işaxtaran vətəndaş məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 2 nəfər kvota yerlərinə göndərilib, 35 nəfər müvafiq peşə kurslarına cəlb edilib. Keçirilən əmək yarmarkalarında 206 işaxtaran peşə və ixtisasına uyğun işlə təmin olunub.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq, müxtəlif peşələr üzrə kurslar təşkil olunur. Aprel ayında bərbər-manikürçü kursunu 18 nəfər bitirib. Hazırda bərbər, dayə və xalçaçı peşələri üzrə kurslar davam etdirilir. Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində 12 məhkum aşpaz köməkçisi kursuna, 12 məhkum isə bərbər kursuna cəlb edilib.

Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı 67 obyektdə yoxlama aparılıb, işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılması, istehsal müəssisələrində əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 27 obyektdə nəzarət tədbirləri görülüb.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası da diqqət mərkəzində saxlanılır. Məhdud fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilib. Reabilitasiya təlimlərinə, ümumilikdə, 121 uşaq cəlb olunub. Hərəkət və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərslər təşkil edilib.

Aprel ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 245 ahıl və fiziki imkanları məhdud şəxsə evlərində, həmçinin 13 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilib. Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 12 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə sağlamlıq imkanları məhdud 6 uşağın müalicəsi aparılıb. Həmçinin 12 nəfər texniki reabilitasiya vasitəsi ilə təmin olunub, 13 məhdud fiziki imkanlıya protez-ortopedik bərpa xidməti göstərilib, 4 nəfərin sosial məişət şəraiti yaxşılaşdırılıb, 5 nəfərin respublika daxilində müalicəsinə kömək edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR