SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərində ənənəvi məktəbli yarmarkası təşkil olunub

25-08-2017, 14:25 | Oxunub: 7 471 |

Naxçıvan şəhərində ənənəvi məktəbli yarmarkası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası təşkil olunub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, avqustun 25-də bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublika rəhbərinin tapşırığına əsasən bu gündən etibarən Naxçıvan şəhərində və rayonlarda məktəbli yarmarkası fəaliyyətə başlayır. Bu qəbildən yarmarkaların təşkil edilməsi artıq ənənə halını alıb. Yarmarka yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan ehtiyaclarını daha asan şəkildə təmin etmələrində mühüm rol oynayır. Buna görə də yarmarkada məktəbli geyimləri ilə yanaşı, məktəblilər üçün lazım olan dərs ləvazimatlarının da satışı təşkil olunub. Yarmarkada məhsulların keyfiyyətinə və satış qiymətlərinə nəzarət olunacaq.

Qeyd edilib ki, muxtar respublikada sahibkarlar üçün yaradılmış əlverişli şəraitin nəticəsində daxili bazarda yerli istehsalın çəkisi ildən-ilə artır. Sevindirici haldır ki, bu, məktəbli geyimlərinin istehsalında da özünü göstərir. Muxtar respublikada məktəbli geyimlərinə olan tələbat tam olaraq yerli istehsal hesabına ödənilir. Bu gün təşkil edilən məktəbli yarmarkalarında da muxtar respublikada istehsal olunmuş məktəbli geyimləri əhaliyə təklif edilir. Yarmarka Naxçıvan şəhərində və rayonlarda sentyabrın 15-dək fəaliyyət göstərəcək.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Famil Seyidov, təhsil naziri Məmməd Qəribov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, bu gün muxtar respublikada məktəbli geyimləri, köynək, ayaqqabı istehsalı olmaqla 4 yüngül sənaye müəssisəsi fəaliyyət göstərir. Cari ildə 3-ü istehsal müəssisəsi olmaqla, 21 sahibkarlıq subyektlinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Burada satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata alıcılar böyük maraq göstərirlər.

Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.

Valideynlər belə yarmarkaların təşkil olunmasına görə minnətdarlıqlarını bildirdilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR