18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ermənistanda prezidentliyə yeni namizədin adı
Ermənistan prezidentliyinə yeni namizədin adı açıqlanıb.
Emtv.az “Jamanak”a istinadən xəbər verir ki, bu posta Ermənistanın Britaniyadakı səfiri Armen Sarqsyanın namizədliyi irəli sürüləcək.
Onun artıq Ermənistanda olduğu, son günlər bir neçə görüş keçirdiyi bildirilib. Xüsusilə hazırkı prezident Serj Sarqsyanın yaxın adamları və onun siyasi kursunu dəstəkləyənlər səfirlə görüşürlər.
A.Sarqsyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir.
64 yaşlı A.Sarqsyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu haqda məlumat yayılıb. Ona görə də ehtimal olunur ki, o həm də erməni diasporu və lobbisinin prezidentliyə namizədi ola bilər.
A.Sarqsyanın namizədliyinin hakim “Ermənistan Respublikaçılar Partiyası”ndan irəli sürüləcəyi ehtimal edilir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da adı namizədlər sırasında hallanır.
Mütəxəssislər hesab edirlər ki, Rusiya, xüsusilə ölkənin xarici işlər naziri Sergey Lavrov onun namizədliyini müdafiə edir. 2016-cı il avqustun 26-da Rusiya prezidenti E.Nalbandyanı “Dostluq” ordeni ilə təltif edib.
Bununla belə, onun prezident postu tutmaq istəməməsi barədə də məlumatlar yayılır. Ehtimal edilir ki, aprelin 9-dan sonra formalaşdırılacaq hökumətdə o, yenidən xarici işlər naziri olacaq və bu, hazırki XİN başçısı üçün ən yaxşı varinatdı. Çünki bu zaman E.Nalbandyan daha çox sərbəst olur və xarici ölkələri səyahət edə bilir. O, təqaüdə çıxdıqdan sonra Ermənistanın Fransadakı səfiri olmaq arzusundadır.
Qeyd edək ki, Ermənistan parlameti martın 2-də yeni prezident seçəcək.
Emtv.az