18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ermənistanda seçkiqabağı silahlı qarşıdurma olub, 3 nəfər yaralanıb
Ermənistanın Armavir rayonunun Crarat kəndində deputatlığa namizədlərin tərəfdarları arasında qarşıdurma və atışma olub.
Emtv.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Ohanyan-Raffi-Oskanyan” (Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan prezidentliyinə namizəd Raffi Ovanesyan, Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyanın başçılığı altında yaradılan seçki bloku) blokunun təmsilçisi “Azadlıq” radiosunun erməni dilində olan redaksiyasına bildirib.
Məlumata görə, kəndin gənc sakini Akop Melkonyana atəş açılıb, əmisini isə bıçaqlayıblar. Blokun təəssübkeşlərindən biri güllə yarası alıb. Daha 3 nəfərin yaralandığı haqqında məlumat yayılıb.
Xəbərdə bildirilib ki, Crarat kəndi icması başçısının qardaşı Samvel Qalstyan tapançadan atəş açıb. O, Ermənistan polisi rəisinin müavini, general Levon Yeranosyanın tərəfdarıdır.
Məlumatda vurğulanıb ki, martın 12-də Levon Yeranosyanın qardaşı Lernik Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın tərəfdarlarına sarı “Makarov” tipli tapançadan havaya atəş açıb. Onu tərksilah etdikdən sonra əlbəyaxa dava düşüb. Rəis müavininin qardaşı yaralı vəziyyətdə hospitala yerləşdirilib.
Emtv.az/Aysu Əliyeva, Xəyalə Fərzəliyeva