SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Bunun sonu Ermənistan üçün yaxşı olmayacaq"

15-05-2017, 12:03 | Oxunub: 9 133 |

"Bunun sonu Ermənistan üçün yaxşı olmayacaq"
Son vaxtlar Ermənistanın siyasi rəhbərliyində Dağlıq Qarabağ münaqişəsinə münasibətdə qəribə yanaşma müşahidə edilir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ötən gün mətbuata açıqlamasında deyib: “Danışıqların alternativi yoxdur. Onları davam etdirmək lazımdır”. Prezident Serj Sarkisyan Nalbandyanın əksinə olaraq çıxışlarında tez-tez müharibə bəyanatları verir.

Prezident və xarici işlər nazirinin münaqişəyə fərqli baxışı nədən irəli gəlir? Ermənistan hansı variantı seçir: sülh, yoxsa müharibə?

Emtv.az azvision.az-a istinadən xəbər verir ki, “Atlas” Araşdırmlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistan sadəcə təxribatla məşğuldur: “Ermənistan rəsmiləri rəsmən Kremlin quludurlar. Ona görə də Ermənistan prezidentinin və xarici işlər nazirinin nə deməsindən asılı olmayaraq Kreml “dur” desə, İrəvan “duracaq”, “otur” desə “oturacaq”. Müharibəni biz başlaya bilərik, Ermənistan yox. Ermənistan sadəcə təxribatla məşğuldur, təxribata isə ötən ilin aprelində olduğu kimi cavab verilir”.

Politoloq vurğulayıb ki, Ermənistan hakimiyyəti çıxılmaz vəziyyətdədir: “Bir tərəfdən işğalın davamına şərait yaradan status-kvonu uzatmağa çalışır, digər tərəfdən də anlamamış deyil ki, bunun sonu Ermənistan üçün yaxşı olmayacaq. Çünki Azərbaycan o məqsədlə silahlanır ki, işğala son qoysun. Bu isə Ermənistanda itkilərə yol açacaq. Ona görə də Ermənistan prezidenti bir, xarici işlər naziri isə fərqli söz deyir”.

E.Şahinoğlunun fikrincə, imitasiyaya yol açan danışıqlardan birdəfəlik imtina etməliyik: “Çünki bu imitasiya işğalın davamına şərait yaradır. Elə bir vaxt yetişib ki, Ermənistana ultimatum verilməlidir, “3 aya torpaqları boşaldırsansa, razılaşırıq, boşaltmırsansa nəticəsiylə hesablaşmaq məcburiyyətində qalacaqsan”. Bunun bir sonu olmalıdır. Əks halda separatçılar təxribatlarına davam edəcək. Şuşa və Kəlbəcərdə infrastruktur layihələrini reallaşdıracaq, bizim bölgələrə gəlmələri məskunlaşdırmağa çalışacaqlar”.

Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıqovun sözlərinə görə, Sarkisyanla Nalbandyanın fərqli mövqe nümayiş etdirməsi bizə təəccüblü görünməməlidir:

“Görünür, Sarkisyan və Nalbandyan münaqişə ilə bağlı danışıqların aparılmasında vəzifə bölgüsü ediblər. Yəni, onlar düşünülmüş şəkildə funksiyaları paylaşıblar. Belə ki, Nalbandyan Ermənistanın danışıqlara sadiq olduğu görüntüsünü yaradır. Düşmən ölkənin sülhpərvər imicini yaratmağa çalışır. Sarkisyan isə daha sərt ifadələr işlətməklə Ermənistanın heç bir güzəştə getməyəcəyini sübut etmək istəyir. Bir sözlə, bu iki şəxsin məqsədləri eynidir, üslubları bir-birindən fərqlənir. Məzmun eynidir”.

Politoloq vurğulayıb ki, münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti tam faydasızdır: “Azərbaycanın torpaqları indiyə qədər işğal altındadır. Danışıqlar heç bir nəticə vermir. ATƏT-in Minsk qrupu həmsədrləri bölgələrə səfərlər etməklə, görüşlər keçirməklə işlərini, missiyyalarını bitmiş hesab edirlər. Amma, əslində belə deyil. ATƏT-in Minsk qrupunun heç bir fəaliyyəti yoxdur və onların vasitəçiliyi fayda vermir. Hesab edirəm ki, həmsədrlərin fəaliyyəti yalnız Ermənistanın maraqlarına xidmət edir. Onlar isə bu tip gedişlər etməklə işğalın ömrünü uzatmağa çalışırlar”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR