18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Sarkisyandan geri addım: "Biz müharibə istəmirik"
Ermənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağda mühabaribə istəmədiyini bildirib.
Emtv.az azvision.az-a istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun köməyi ilə sülh və danışıqlar vasitəsi ilə həll edilməlidir.
"Status-kvo qəbuledilməzdir, biz müharibə istəmirik", - deyə Sarkisyan vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan prezidenti mətbuata müsahibəsində ölkəsinin müharibəyə hazır olduğunu bəyan etmişdi: "Müdafiə naziri hər an müharibə əmrini gözləməlidir".
Sarkisyanın bugünkü açıqlamasında "biz müharibə istəmirik" deməsi onun geri addım atmasından xəbər verir.
Emtv.az/L.Xubyarzadə