SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İran XİN Dağlıq Qarabağ münaqişəsinin həlli barədə

30-12-2017, 14:41 | Oxunub: 4 639 |

İran XİN Dağlıq Qarabağ münaqişəsinin həlli barədə

“Miladi təqvimi ilə Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Deyə bilərik ki, İran İslam Respublikası ilə qonşu və dost ölkə olan Azərbaycan arasında keçən bir il ərzində əlaqələr yüksələn temp üzrə inkişaf edib. İki ölkənin yaxşı əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində önəmli addımlar atılıb. Bir çox sahələrdə ölkələrimiz razılığa gəlib və əməkdaşlıq edir”.

Bu sözləri ilin yekunları ilə bağlı yerli mətbuata açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, indiyədək prezidentlər Həsən Ruhani və İlham Əliyev arasında 11 görüş baş tutub:

“Bu görüşlərin üçü yalnız 2017-ci ildə gerçəkləşib. Azərbaycan və İran yaxşı qonşu olduqlarına və iki ölkənin xalqları arasında dərin əlaqələrə görə çox nümunəvi və davamlı davranış sərgiləyib. İki xalqın və ölkənin bu dostluğu Azərbaycan və İran xalqları arasında dostluğun daha da möhkəmləndirməsi ilə yanaşı, həm də regionda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində təsiredici rol oynayıb. Bu əlaqələr heç şübhəsiz, regionun bütün ölkələri üçün önəmlidir və heç bir üçüncü ölkənin əleyhinə yönəlməyib”.
2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinin mümkün olub-olmaması barədə suala B. Qasimi belə cavab verib: “Niyə də olmasın. Qafqazın bu həssas bölgəsində iqtisadi inkişaf və davamlı sülh, sabitlik və təhlükəsizliyin təmini üçün həmişə ümidvar olmaq lazımdır. İran İslam Respublikası Qafqazdakı iki qonşu ölkə arasında gərginliyin başlandığı ilk günlərdən bundan narahatlıq keçirib. Bu səbəbdən iki qonşu ölkə arasında ən ciddi və ilk vasitəçilərdən olaraq atəşkəs əldə etmək üçün çoxlu səylər göstərmişik və göstəririk. Ümid edirik ki, 2018-ci il iki ölkə arasında ixtilafların həll olunması ili olacaq. İran bölgə xalqlarının hamısı üçün sabitlik və inkişaf arzulayır və fürsət yarandıqca, sabitliyin təmini və gərginliklərin azaldılması üçün bütün vasitələrdən istifadə edir və edəcək”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR