SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İran XİN-dən Zəhranın ölümünə - Reaksiya

10-07-2017, 10:30 | Oxunub: 8 155 |

İran XİN-dən Zəhranın ölümünə - Reaksiya
Dağlıq Qarabağda qarşıdurma və gərginliyin artması nə bölgə xalqlarının, nə də bizim xeyrimizədir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransındaEMTV.az-ın 2 yaşlı Zəhranın ermənilərin atəşi nəticəsində qətlə yetirilməsi ilə bağlı sualına cavabında deyib.

B. Qasimi xatırladıb ki, İran bu bölgəyə ən yaxın ölkədir: “90-cı illərdə Sovet İttifaqı dağıldıqdan sonra, Qarabağda gərginliyin başlandığı ilk günlərdə, İran vasitəçi kimi çıxış etdi və bir neçə ay bölgədə sabitliyin yaranmasına çalışdı. Bu gün gərginliyin artması və qarşıdurmaların baş verməsi nə Azərbaycanın, nə də Ermənistanın xeyrinədir. Təəssüflər olsun ki, əcnəbi ünsürlər müəyyən vaxtlar bölgədə gərginliyi artırmağa çalışır və ixtilafları dərinləşdirməyə yardım edirlər. Son baş verən hadisələrə görə təəssüflənirik və ümid edirik ki, bölgədə gərginliyin azalmasına və sabitliyin təmin edilməsinə şahid olacağıq. Biz də bunun üçün çalışacağıq”.

B. Qasimi ümid etdiyini bildirib ki, Minsk qrupu öz öhdəliyini daha ciddi şəkildə yerinə yetirəcək: “Təəssüflər olsun ki, son qarşıdurmalar zamanı iki yaşlı uşaq və digər dinc sakin öldürüldü. Bu, çox ağrılıdır. İranın Azərbaycandakı səfirliyi bu hadisə ilə bağlı ölkəmizin mövqeyini elan edib. Bizim mövqeyimiz aydındır. Biz gərginliyi artıracaq hər hansı addıma qarşıyıq. Ümid edirik ki, tövsiyələrimizə əməl olunacaq. Əgər gərginliyin azalması üçün nəsə edə biləriksə, biz əlbəttə ki, bunu etməyə hazırıq”

EMTV.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR