SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İran XİN Trampın çıxışına sərt reaksiya verib

22-05-2017, 12:20 | Oxunub: 8 371 |

İran XİN Trampın çıxışına sərt reaksiya verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanındakı çıxışını sərt tənqid edib.

Emtv.az-ın apa-ya istinadən məlumatına görə, B. Qasimi D. Trampın İranın ünvanına yönəlmiş sözlərini əsassız adlandırıb: “İranın qeyrətli, qədirbilən və böyük xalqı 12-ci prezident seçkilərini əzəmətlə keçirdi və İslam Respublikası sisteminə öz bağlılığını elan etdi. Bundan 48 saat keçməmiş ABŞ prezidenti İrana qarşı əsassız iddialarla, müdaxiləçi sözləri ilə çalışdı ki, bir daha iranofobiyanı geniş yaysın və İrana qarşı düşmənçilik siyasətinin davamında region ölkələrini Amerika silahları almağa daha da maraqlandırsın. ABŞ-ın yeni hökumət rəsmilərinin aldadıcı mövqeləri, müdaxiləçi çıxışları və dağıdıcı addımları regionda öz taleyini həll etmək istəyən xalqlara qarşı yönəlib və sionist rejiminin mövqeyini möhkəmləndirməyə xidmət edir”.

İran XİN-in sözçüsü ABŞ hökumətini yeni müharibələr alovlandırmaqdan və iranofob siyasətdən əl çəkməyə, terrorizmin əsas dəstəkçilərinə silah satışını dayandırmağa çağırıb: “Təəssüf ki, ABŞ rəsmilərinin düşmənçilik və hücum siyasəti ilə regionda terrorçu qrupların yenidən güclənməsinin şahidi oluruq. Yaxşı olar ki, region ölkələri Amerikanın xülya olan dəstəyi qarşılığında xalqın sərvəti olan milyardlarla dollar xərcləmək əvəzinə, xalqa öz taleyini təyinetmə hüququ verməklə, onların sabitlik və rifahını təmin etsin. Amerika və onun müttəfiqlərinin regionda terrorçuları dəstəkləməsi o qədər aşkardır ki, daha başqalarını terrorizmdə ittiham etmək kimi bəhanələrə kimsə inanmır. Region xalqları aydın şəkildə anlayıb ki, əgər İŞİD-in silah, pul və informasiya qaynağı kəsilsə, onları rahat şəkildə məhv etmək mümkündür. Amerika və onun regiondakı müttəfiqləri bilsinlər ki, bu gün İslam Respublikası demokratik, stabil və güclü bir dövlət olaraq xalqın dəstəyinə arxalanır və bu kimi ölkələrin boş sözləri ilə heç vaxt tutduğu yoldan geri çəkilməyəcək”.

Qeyd edək ki, D. Tramp Səudiyyə Ərəbistanındakı çıxışında İranı bölgədə terrorizmi dəstəkləməkdə ittiham edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR