18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Cahangir Novruzov Türkiyədə “Ən yaxşı teatr rejissoru” oldu
Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə “XVII Direklerarası Seyirci Ödülləri” teatr mükafatının qalibi olub.
Emtv.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
O, bu mükafata Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət “Ah, bu evlilik…” tamaşasındakı rejissor işinə görə layiq görülüb. Mükafat Adanada keçirilən mərasimində C.Novruzova təqdim olunub.
Mükafatın “Halk Jürisi”nin üzvləri 2016-2017-ci ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.
Qeyd edək ki, Cahangir Novruzov ötən teatr mövsümündə “Tiyatro için Emek Ödülü” mükafatına layiq görülmüşdü.
Xatırladaq ki, 1995-ci ildən Türkiyədə yaşayan C.Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədr müavinidir.
Emtv.az