18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvan Dövlət Musiqili Dram Teatrı 135-ci mövsümünə “Onun iki qabırğası” komediyası ilə başlayıb
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 135-ci teatr mövsümünü Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” ikihissəli komediyası əsasında hazırlanmış tamaşa ilə açıb.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, teatrın direktoru, Xalq Artisti Rza Xudiyev bu sənət ocağının keçdiyi çətin və şərəfli inkişaf yolundan danışıb. Qeyd edib ki, bu gün teatrlarımıza diqqət və qayğını muxtar respublikamızda fəaliyyət göstərən sənət ocaqlarının timsalında aydın görmək mümkündür. Muxtar respublikada teatr sənətinin davamlı inkişafı təmin edilib, sənət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib.
Vurğulanıb ki, 2008-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi yüksək səviyyədə qeyd edilib. Muxtar respublikanın teatr kollektivlərinin əməyi də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, səmərəli fəaliyyətlərinə görə yaradıcı heyət fəxri adlara, Prezident təqaüdünə və mükafatlara layiq görülüb.
Tanınmış dramaturqun “Onun iki qabırğası” pyesində keçid dövrünə xas olan ailə dramı əks etdirilir. Quruluşçu rejissor, Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyev tamaşada kiçik aktyor kollektivi ilə maraqlı və dinamik səhnə əsəri yaratmağa müvəffəq olub və müəllifin ideyasını aça bilib.
Tamaşanın quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədovdur.
Emtv.az