SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda Xalq teatrları festivalı keçirilir

7-06-2017, 12:26 | Oxunub: 14 627 |

Naxçıvanda Xalq teatrları festivalı keçirilir
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq teatrlarının muxtar respublika festivalına start verilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək teatrsevərləri festival münasibətilə təbrik edib. Bildirib ki, muxtar respublikada son illər ənənəvi olaraq müxtəlif səpkilərdə festivallar keçirilməkdədir. Belə festivalların keçirilməsində məqsəd qədim diyarımızı, milli dəyərlərimizi yaşatmaq və təbliğ etməkdən, istedadlı insanları üzə çıxarmaqdan ibarətdir. Ənənəvi olaraq keçirilən festivallardan biri də Xalq teatrlarının muxtar respublika festivalıdır. Bu gün açılışına start verilən Xalq teatrlarının muxtar respublika festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilir.

Diqqətə çatdırılıb ki, Naxçıvanda xalq teatrı ilk dəfə 1959-cu ildə yaradılıb. Daha sonralar 1978-ci ildə Naxçıvan şəhərində “Gənclik” Xalq Teatrı fəaliyyət göstərməyə başlayıb. Yaranmış xalq teatrının fəaliyyəti çox əhatəli olub, Naxçıvan Dram Teatrında çalışan bir çox aktyor və rejissorlar da məhz elə xalq teatrlarından peşəkar teatr səhnəsinə qədəm qoyublar.

Bu gün muxtar respublikada beş xalq teatrının fəaliyyət göstərdiyini deyən nazir bildirib ki, dövlətimiz tərəfindən xalq teatrlarının fəaliyyətinə daim diqqət və qayğı göstərilir, kollektiv üzvlərinin əməyi yüksək qiymətləndirilir. Xalq teatrları hazırladıqları müxtəlif məzmunlu tamaşalarla muxtar respublika sakinlərinin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsində əhəmiyyətli rol oynayırlar. Ötən il xalq teatrlarının səhnələşdirdikləri “Kamança”, “Ac həriflər”, “Xəcalət”, “Şöhrət ardınca”, “Ezop”, “Ər və arvad”, “Unuda bilmirəm”, “Qəşəmin yuxusu”, “Dələduz” kimi tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Qeyd edilib ki, iyunun 20-dək Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçiriləcək festivalda muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Şəhər “Gənclik”, Rza Təhmasib adına Şərur Rayon, Babək Rayon, Kazım Ziya adına Ordubad Rayon və Şahbuz Rayon Xalq teatrları iştirak edəcək. Festivalın bağlanış mərasimi iyunun 20-də olacaq. Fərqlənən yaradıcı kollektivlər “Ən aktual mövzulu tamaşa”, “Ən yaxşı kişi rolunun ifaçısı”, “Ən yaxşı qadın rolunun ifaçısı”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı səhnə tərtibatı” nominasiyaları üzrə diplomlarla təltif ediləcəklər.

Çıxışının sonunda Natəvan Qədimova festivalda iştirak edən xalq teatrlarının kollektivlərinə uğurlar arzulayıb.

Sonra Babək Rayon Xalq Teatrı Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasını təqdim edib. İkihissəli “Xəcalət” dramı Qarabağ hadisələri ilə bağlı olduğu üçün bu günümüzlə səsləşir və maraq doğurur. Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Cabir Məmmədovdur.

Şahbuz Rayon Xalq Teatrının hazırladığı Süleyman Sani Axundovun “Şahsənəm və Gülpəri” tamaşası iyunun 9-da göstəriləcək.

Naxçıvanda Xalq teatrları festivalı keçirilir



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR