17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sakinlər tərəfindən yeni eksponatlar təqdim olunub
Ordubad rayon sakinləri Zemfira Quliyeva və Əyyar Səfərov tərəfindən rayon Tarix-Diyarşünaslıq Muzeyinə mis qablar, neft lampası, yun darağı, su kuzəsi, müxtəlif küplər, toxuculuq məmulatları və sair olmaqla, 18 eksponat təqdim edilib.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bu gün muzey işçilərinin qarşısına böyük vəzifələr qoyulduğunu bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il dekabrın 19-da imzaladığı Sərəncama əsasən, muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivləri, tələbələr, gənclər, həmçinin şagirdlər, taksi sürücüləri mütəşəkkil şəkildə muzeylərimizi ziyarət edirlər. Təkcə ötən il muxtar respublikanın muzeylərini 320 mindən çox insan ziyarət edib.
“Son bir ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəşəkkil şəkildə muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi diqqətdə saxlanılıb. Bu işdə muxtar respublika sakinləri bizə yaxından kömək göstərirlər”, – deyən Natəvan Qədimova bildirib ki, 2016-cı ildə muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub.
Natəvan Qədimova mədəniyyətimizə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlığını ifadə edib, maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə Ordubad rayon sakinləri Zemfira Quliyevaya və Əyyar Səfərova təşəkkürünü bildirib.
Sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Vilayət Bağırov, eksponatları muzeyə təqdim edənlər Zemfira Quliyeva və Əyyar Səfərov çıxış edərək rayonda maddi-mədəni irsimizin qorunub yaşadılması sahəsində görülən tədbirlərdən danışıblar. Bildirilib ki, muxtar respublikanın bütün sakinləri kimi, Ordubad ziyalıları da maddi-mədəniyyət nümunələrinin toplanmasında fəal iştirak edirlər. Çünki muzeylərin fəaliyyətinin canlandırılmasında mədəniyyət müəssisələrinin zənginləşdirilməsi əsas məsələlərdən biridir. Ona görə də hər bir vətəndaş fəal təşəbbüskarlıq göstərməli və qədim məişət əşyalarını muzeylərə təqdim etməklə bu işə öz töhfəsini verməlidir.
Emtv.az