17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AKADEMİK MİLLİ DRAM TEATRINDA YENİ TƏYİNAT
Yanvarın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qurumun bədii rəhbəri və direktoru vəzifəsinə yeni təyinatla bağlı tədbir keçirilib.
"EMTV.az" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, nazirliyin kollegiyasının qərarına əsasən nazir Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru, Xalq Artisti Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor vəzifəsinə təyin edilib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri teatrın kollektivinə təqdim edib.
Bildirilib ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə teatr binaları təmir olunur, yeni avadanlıqlarla təmin edilir. Qeyd edilib ki, dövlət başçısı 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında qanun”, 2007-ci ildə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb, 2009-cu ildə isə “Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Proqramı”nı təsdiq edib. Vurğulanıb ki, bu sərəncamlar və Dövlət proqramı Mədəniyyət və Turizm Nazirliyi qarşısında Azərbaycan milli teatr sənətinin inkişafı ilə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan işlərə, tədbirlərə təkan verib.
Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb.