18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MİLLİ DRAM TEATRININ KOLLEKTİVİ TÜRKİYƏDƏ
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyəyə yollanıb.
Emtv.az xəbər verir ki, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Teatr Festivalında kollektiv xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop" pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediyası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.
Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla İsmayılova çıxış edir.
Kollektiv "Teleskop" tamaşasını aprelin 19-u və 20-də nümayiş etdirəcək. Tamaşa ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində 2011-ci il mayın 11-də oynanılıb.
Qeyd edək ki, "Yaşasın teatr, yaşasın sülh" devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivalda iştirak edir.