17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Nazir muzeylərlə bağlı tapşırıq verdi
Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.
Emtv.az xəbər verir ki, müşavirədə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Aparatının rəhbəri Rafiq Bayramov və müvafiq sahə üzrə struktur bölmələrin əməkdaşları, eləcə də Bakı şəhərində fəaliyyət göstərən muzeylərin direktorları iştirak edib.
Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə müasir tələblərə cavab verən muzey fəaliyyətinin qurulması, muzey işinin təkmilləşdirilməsi istiqamətində atılması olan addımlardan danışıb: “İndi ölkəmizdə turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Hər il ölkəmizə gələn turistlərin sayı artmaqdadır. Həm yerli əhalinin, həm də xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili, eyni zamanda mədəni irsimizin təbliği üçün muzeylərin əvəzsiz rolu var. Ölkə əhalisinin və turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır. Artıq bir neçə muzey turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu istiqamətdə işlər davam etdirilməlidir”.
Nazir qeyd edib ki, muzey işçilərinin bilik və bacarıqlarının daha da artırılması, muzey işi üzrə yeniliklərin tətbiqi daha da genişləndirilməlidir: “Dünya inkişaf edir. Bizim yerimizdə saymağımızın vaxtı deyil. Müasir texnoloji imkanlardan istifadə edib zamanla ayaqlaşmalıyıq. İnternet saytlarının işinin düzgün qurulması, sosial şəbəkələrdən fəal istifadə olunaraq muzeylərin fəaliyyətinin təbliğ olunması çox vacibdir. Həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların muzeylərə marağının artırılması üçün təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda muzey bələdçilərinin biliklərinin də artırılması vacibdir”.
Əbülfəs Qarayev vurğulayıb ki, son illər digər mədəniyyət ocaqları kimi, muzeylərdə də təmir-bərpa işləri görülüb, ekspozisiyalar yenidən qurulub: “Bu gün əksər muzeylərimizdə işin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Bu şəraitdən düzgün istifadə edərək insanları muzeylərə cəlb etməliyik”.
Nazir sonda bir daha muzey işinin təkmilləşdirilməsi və muzeylərə daha çox ziyarətçilərin cəlb olunması istiqamətində tapşırıq və tövsiyələrini verib.
Emtv.az