SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə eksponatlar təqdim olunub

14-07-2017, 10:56 | Oxunub: 15 024 |

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə  eksponatlar təqdim olunub
Muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi məqsədilə Şahbuz rayonunun üç sakini tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən 30 eksponat Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib. Eksponatlar içərisində qədim qablar, məişət əşyaları, küp, toxuculuq nümunələri və sair var.

EMTV.az-ın yerli mətbuata istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisənin fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il dekabrın 19-da imzaladığı Sərəncama əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivlərinin mütəşəkkil şəkildə muzeyləri ziyarət etmələrindən danışan nazir bildirib ki, bu ilin 6 ayı ərzində 217 mindən çox vətəndaş muzeylərimizi ziyarət edib.

Qeyd olunub ki, muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. 2016-cı ildə muxtar respublika muzeylərinə 1500-dən çox, bu ilin 6 ayı ərzində isə 759 eksponat daxil olub ki, bu eksponatlar da muxtar respublika sakinləri tərəfindən muzeylərə könüllü olaraq təqdim edilib. Naxçıvan Dövlət Tarix Muzeyində, Xan sarayında, Xalça Muzeyində, Cəlil Məmmədquluzadənin ev-muzeyində, Babək, Ordubad, Kəngərli, Culfa Rayon Tarix-Diyarşünaslıq muzeylərində bu cür təqdimatlar keçirilib.

Sonra eksponatları muzeyə hədiyyə edənlərdən Şahbuzkənd sakini Nihad Quliyev çıxış edərək deyib ki, maddi-mədəni irsimizin qorunması baxımından bu tədbirlər əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR