SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ali Məclisin sədri Vasif Talıbov Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərə minik avtomobilləri təqdim edib

1-12-2017, 16:11 | Oxunub: 9 640 |

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov: Bu gün Azərbaycan torpaqlarının qorunması zamanı sağlamlığını itirmiş şəxslərə dövlət qayğısı ilə minik avtomobilləri verilir. Avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir.

Ali Məclisin sədri Vasif Talıbov Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərə minik avtomobilləri təqdim edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, dekabrın 1-də sağlamlıq imkanları məhdud üç Azərbaycan Vətən Müharibəsi iştirakçısına və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanlara sosial xidmətlərin göstərilməsi və reabilitasiyası diqqət mərkəzindədir. Bu günədək muxtar respublikada müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud 456 şəxsə minik avtomobili verilib, 211 müharibə əlili və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunub. Bu ilin ötən dövründə isə sağlamlıq imkanları məhdud şəxslər müxtəlif sanatoriya və pansionatlara göndərişlərlə təmin olunub, bərpa mərkəzlərində müalicələri təşkil edilib. Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi də diqqət mərkəzindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Bu gün Azərbaycan torpaqlarının qorunması zamanı sağlamlığını itirmiş şəxslərə dövlət qayğısı ilə minik avtomobilləri verilir. Avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir. Eyni zamanda Vətən qarşısında xidməti olanlara avtomobillərin təqdim edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğının daha bir ifadəsidir. Vətənə layiqincə xidmət etmək və bu xidmətin dövlət tərəfindən qiymətləndirilməsi isə Vətənin bütövlüyünə, gələcəyinə xidmət edir. Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaqdır.

Ali Məclisin Sədri avtomobillə təmin olunanları təbrik edib, Vətən qarşısında xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirib.

Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim edib.

Hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış Röya Cəfərov çıxış edərək deyib: Muxtar respublikada insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Bunu gündəlik həyatımızda hər an hiss edirik. Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Müharibə əlilləri, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Minik avtomobili ilə təmin olunacağımı eşidəndə çox sevindim. Bu qayğıya görə bütün müharibə iştirakçıları adından minnətdarlığımı bildirirəm.

Emtv.az

Ali Məclisin sədri Vasif Talıbov Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərə minik avtomobilləri təqdim edib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR