SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Culfa Rayon Vergilər Şöbəsində vergi ödəyicilərinin iştirakı ilə tədbir keçirilib

1-12-2017, 15:42 | Oxunub: 13 459 |

Culfa Rayon Vergilər Şöbəsində vergi ödəyicilərinin iştirakı ilə tədbir keçirilib

Culfa Rayon Vergilər Şöbəsində vergi ödəyicilərinin iştirakı ilə “Nağdsız ödənişlər və POS-terminallardan istifadə”, “Elektron qaimə-fakturaların tətbiqi və asan imza” mövzularında maarifləndirici tədbir təşkil olunub.

Emtv.az xəbər verir ki, tədbirdə rayon Vergilər Şöbəsinin rəisi, vergi xidməti müşaviri Qurban Hacıyev çıxış edib. Bildirib ki, nağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələri vasitəsilə həyata keçirilən pul dövriyyəsinin formasıdır. Təbii ki, bunun üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. Nağdsız ödəniş sistemi maliyyə vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi və vaxt itkisinin aradan qaldırılması, pul itirməmək kimi sosial əhəmiyyətli üstünlüklərə malikdir. Çünki əsasən, bankların və digər maliyyə təşkilatlarının yaratdığı sistem vasitəsilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarında bütün hüquqi və fiziki şəxslər sərbəst şəkildə iştirak etmək imkanlarına malik olurlar.

Qeyd edilib ki, əvvəllər sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə-fakturaların kağız formasından istifadə olunurdu. Bu da əksər hallarda vergidənyayınma hallarına şərait yaradırdı. Bütün bu amillər hüquqi çərçivədə də dəyişiklikləri və elektron qaimənin tətbiqini labüd etdi. Məhz bu baxımdan elektron qaimə-faktura inzibatçılıq xərclərinin aşağı salınması, məlumat mübadiləsinin çevikliyinin artırılması və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

Sonra rayon Vergilər Şöbəsinin əməkdaşlarından Əleyxa Cəbiyevin və Məcnun Hacıyevin çıxışları olub. Çıxışlarda tədbir iştirakçılarına elektron qaimə-fakturalarının tətbiqi, mahiyyəti və işlənmə qaydaları haqqında məlumat verilib.

Sonda elektron qaimə-fakturalarının onlayn rejimdə göndərilməsi ilə bağlı slayd nümayiş etdirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR