17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVANIN VERGİLƏR NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLDİ
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən 2015-ci ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında qarşıya qoyulan vəzifələr haqqında vergilər naziri, III dərəcəli dövlət vergi xidməti müşaviri Əli Mahmudov məruzə edib. Bildirib ki, muxtar respublikada iqtisadi inkişafın nəticəsi kimi 2015-ci il ərzində nazirlik üzrə müəyyən edilmiş proqnoz 105,3 faiz icra olunub. Bu, ondan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
"EMTV.az"-ın Naxçıvandakı məlumat mərkəzindən verilən məlumata görə, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri barədə də danışan nazir bildirib ki, muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində elektron qaydada qeydiyyatdan keçirilmiş 1014 ədəd POS-terminal quraşdırılıb. Bunun 147 ədədi 2015-ci ildə tətbiq edilib. POS-terminallar vasitəsilə aparılmış alqı-satqı əməliyyatları 16 milyon 639 min 561 manata çatdırılıb.
Bildirilib ki, sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin azalmasına gətirib çıxarmış “bir pəncərə” prinsipinin tətbiqi nəticəsində 20 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına və 2580 fiziki şəxs sahibkarlıq uçotuna alınıb.
Vergi nəzarəti tədbirləri çərçivəsində audit strukturları tərəfindən 2015-ci ildə başa çatdırılmış 145 səyyar vergi yoxlaması nəticəsində 60 min 800 manat əlavə vəsait hesablanıb, 31 min 548 manat maliyyə sanksiyası tətbiq edilib.
Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən 122 operativ vergi nəzarəti tədbirləri həyata keçirilib, keçirilmiş tədbirlər nəticəsində 15 min 577 manat inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilib və ödənilməsi təmin olunub.
Vurğulanıb ki, muxtar respublikamızda sahibkarlığa dövlət qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb. Vergilər Nazirliyi tərəfindən aparılmış yoxlamalar, əsasən, vergi ödəməkdən yayınma riski böyük olan ödəyiciləri əhatə edib. Belə ki, səyyar vergi yoxlamalarının sayı aktiv fəaliyyət göstərən vergi ödəyicilərinin 2,6 faizini, operativ vergi nəzarəti tədbirləri isə 2,3 faizini təşkil edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilib. Bu dəyişikliklər 2016-cı ilin 1 yanvarından qüvvəyə minib. Dəyişikliklər vergitutma bazasının genişləndirilməsini və vergi ödəyicilərinin hüquqlarının artırılmasını özündə ehtiva edir. Bununla əlaqədar olaraq vergilərin düzgün hesablanaraq ödənilməsinə daha ciddi nəzarət edilməli, vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi işləri davam etdirilməlidir.
Kollegiya iclasında vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Nurlan Əliyevin çıxışı olub. Nazir müavini bildirib ki, hesabat dövrü ərzində sahibkarlıq subyektlərində operativ nəzarətin təşkili, əhali ilə nağd pul hesablaşmalarının aparılması, vergi orqanlarında uçotda durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımaları həyata keçirən şəxslərin, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi, aksiz markalarının tətbiqi, əmək müqavilələrinin bağlanması sahəsində tədbirlər həyata keçirilib, bir sıra nöqsanlara yol verildiyi aşkar olunub. Həmin nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilib. 2016-cı ildə bu nöqsanlara yol verilməməsi üçün maarifləndirmə tədbirləri diqqət mərkəzində saxlanılacaq.
Kollegiya iclasında Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Azər Nağıyevin, Babək Rayon Vergilər Şöbəsinin rəisi, vergi xidməti müşaviri Səftər Əliyarovun, Şərur Rayon Vergilər Şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri Rəfail Əliyevin çıxışları olub. Çıxışlarda ötən il görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib.