18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda keçirilən iməcilikdə yeni meyvə bağları salınıb
Muxtar respublikada payız iməcilikləri dövründə əkinçilik üçün əlverişli olmayan torpaq sahələrində yeni meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır.
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 25-də Naxçıvanda növbəti iməcilik keçirilib, yerli meyvə sortlarından ibarət meyvə bağları salınıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 4 hektar ərazidə 2100 ədəd badam və digər meyvə tingləri əkib, müvafiq aqrotexniki tədbirlər və suvarma işləri görüblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib.
Həmin gün muxtar respublika ərazisində keçirilən iməciliklərdə 5560 meyvə tingi, 7660 üzüm və 4300 gül kolu əkilib, ümumilikdə 10 hektardan artıq sahədə yeni meyvə və 4 hektar sahədə üzüm bağları salınıb.
Emtv.az