18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Muxtar respublikada 200 hektardan çox ərazidə yaşıllaşdırma tədbirləri aparılacaq
Bu ilin yaz mövsümündə muxtar respublikada 200 hektardan çox ərazidə yaşıllaşdırma tədbirləri aparılacaq.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, muxtar respublikada kənd təsərrüfatına yararsız ərazilərin seçilməsinə və həmin ərazilərdə yaşıllıqların, meyvə bağlarının salınmasına xüsusi diqqət yetiriləcək. Bu məqsədlə Kəngərli rayonunda salınmış püstə bağının 20 hektar genişləndirilməsi və yeni meyvə bağının salınması nəzərdə tutulub.
Bu tədbirlər Naxçıvan-Şahbuz avtomobil yolunun kənarlarında, Naxçıvan Əshabi-Kəhf ziyarətgahı yolunda da davam etdiriləcək.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Tingliyi Müəssisəsinin tingçilik sahələrində də yaz mövsümünə hazırlıq işləri görülür. 2016-cı ilin yazında tingçilik sahəsində 4 min 500-dən artıq üzüm qələmi əkilib. Bu ilin yaz mövsümündə isə 40 mindən çox üzüm qələminin əkilməsi planlaşdırılır. Yeni üzüm qələmlərinin əkilməsi üçün ərazilər hazır vəziyyətə gətirilir. Ərazinin digər sahələrində 40 mindən artıq iydə qələmlərinin əkilməsi də nəzərdə tutulub.
Meşə tingliyi müəssisəsi və meşəsalma ilə məşğul olan digər müəssisələr tərəfindən polietilen torbalarda püstə fidanlarının yetişdirilməsi də həyata keçirilir. Ötən il 1500-dən artıq püstə təcrübə məqsədilə əkilib və müsbət nəticə əldə olunub. Bu il də 5 mindən artıq püstə polietilen torbalarda əkiləcək.
Qeyd edək ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında verilən müvafiq tapşırıqlara əsasən nazirlik kənd təsərrüfatı üçün yararlı olmayan ərazilərdə yaşıllıq zolaqlarının, eləcə də meyvə bağlarının salınmasını təşkil etməli, təbii ehtiyatlardan səmərəli istifadəyə nəzarəti artırmalıdır.
Emtv.az