SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada 196 mindən çox ağac əkilib

3-08-2017, 13:24 | Oxunub: 12 755 |

Muxtar respublikada 196 mindən çox ağac əkilib
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasında nazir Hafiz Yaqubov çıxış edib.

Nazir bildirib ki, yaz əkin mövsümündə muxtar respublika ərazisində, şəhər, qəsəbə və kəndlərdə, sututarların, su kanallarının ətrafında, magistral yolların kənarlarında ümumilikdə 273,8 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, yeni meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirlərində ümumilikdə 196 min 400 meşə və meyvə tingi, həmişəyaşıl ağaclar, bəzək kolları əkilib. Həmçinin nazirlik tərəfindən yaz əkin mövsümündə ümumilikdə 65,2 hektar sahədə yaşıllıq zolaqları, meyvə bağları salınıb, 113,6 hektar sahədə ting və toxumla bərpa işləri görülüb.

Nazir deyib ki, "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq 42,5 hektar sahədə meyvə bağları salınıb, 26 min 600 ədəd müxtəlif meyvə tingləri əkilib.

Vurğulanıb ki, həyata keçirilən yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinglərinə, həmişəyaşıl ağaclara olan təlabat nazirliyin tabeli idarələri tərəfindən tam təmin edilib. Bu məqsədlə 3,5 hektardan çox ərazidə toxum səpini və qələmçilik kökləndirmə işləri icra olunub. Əkin bərpa işlərinin davamlı olaraq aparılması məqsədilə dibçəkdə ting yetişdirilməsi sahəsində iş davam etdirilib və hesabat dövründə 3,5 min dibçəkdə ting yetişdirilib, 30 min iydə, 64 min üzüm, 7 min 500 tut qələmi əkilib.


Hafiz Yaqubov bildirib ki, Naxçıvan Muxtar Respublikasının daxili sularında, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarına aid olan hissəsində suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə 51 monitorinq-yoxlama aparılıb, 71 su nümunəsi götürülərək fiziki-kimyəvi xassələrini öyrənmək məqsədilə 852 laborator analiz-təhlillər aparılıb.

Nazir deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış 6-cı sessiyasında nazirliyə “Əkin üçün yararlı olmayan ərazilərdə yaşıllıq zolaqlarının salınmasına, mövcud yaşıllıqların və bitki örtüyünün qorunmasına diqqət artırılması ” ilə bağlı tapşırıqlar verilib. Bu tapşırıqlar rəhbərliyə alınmalı və icrası təmin edilməlidir.

Kollegiya iclasında nazirliyin ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsinin müdiri Azər Məmmədov, xususi mühafizə olunan təbiət əraziləri şöbəsinin müdiri Şövqi Əliyev, istehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsinin müdiri Mayis Əliyev çıxış edərək 2017-ci ilin birinci yarımilində görülən işlər barədə məlumat veriblər.


Sonda kollegiyanın qərar lalayihəsi iştirakçıların diqqətinə çatdırılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR