18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanda 520 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçiriləcək
Bu ilin yaz və payız əkini mövsümündə muxtar respublika ərazisində, ümumilikdə, 520 hektar sahədə meşəsalma, meşəbərpa və yeni meyvə bağlarının salınması planlaşdırılır.
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən azərtac-a bildirilib ki, cari ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində 225 hektar sahədə yeni meyvə bağları salınıb, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib.
Aparılan yaşıllaşdırma tədbirlərində 200 min ədəddən çox meşə, meyvə tingləri, həmişəyaşıl ağac, bəzək və gül kolları əkilib. Tingə olan tələbatın yerli sortlarla təmin edilməsi üçün 450 min ədəddən çox əkinəyararlı standart ting yetişdirilib. Xüsusilə üzümçülüyün və tutçuluğun inkişaf etdirilməsi, yerli meyvə tinglərinin yetişdirilməsi sahəsində mühüm işlər görülüb, 100 min ədəddən artıq tut və üzüm tingləri yetişdirilib. Hazırda dibçəkdə yetişdirilmiş tinglər vasitəsilə əkinbərpa və aqrotexniki qulluq işləri davam etdirilir.
Emtv.az