SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Mənim universitetim – mənim dünyam” adlı fotomüsabiqənin qalibləri müəyyənləşib

21-11-2017, 15:17 | Oxunub: 7 269 |

“Mənim universitetim – mənim dünyam” adlı fotomüsabiqənin qalibləri müəyyənləşib

Naxçıvan Dövlət Universitetinin (NDU) 50 illik yubileyinə həsr olunan “Mənim universitetim – mənim dünyam” adlı fotomüsabiqəyə yekun vurulub.

Emtv.az xəbər verir ki, NDU-nun mətbuat şöbəsindən bildirilib ki, müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu, fotomüsabiqənin yekunlarına həsr edilmiş tədbirin isə əlamətdar günə - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyinə təsadüf etdiyini vurğulayıb. Bu cür tədbirlərin NDU-nun tanıdılması, ümumilikdə, muxtar respublikada təhsil üçün yaradılan müasir şəraitin fotonümayişi baxımından əhəmiyyətini qeyd edən rektor tələbələri növbəti müsabiqələrdə daha fəal olmağa çağırıb.

Qeyd edək ki, tələbələr tərəfindən çəkilən və universitet həyatını, tələbə dünyasını əks etdirən fotolar NDU-nun instaqram səhifəsində yerləşdirilmək üçün müsabiqəyə təqdim olunub. Ümumilikdə, müsabiqəyə 150-dən çox foto buraxılıb. Qaliblər universitetin instaqram səhifəsində ən çox bəyənmə alan 10 foto arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən, xalq çalğı alətləri ixtisası üzrə I kurs tələbəsi Rövşən Rüstəmov müsabiqənin qalibi olub. Universitetin müalicə işi üzrə IV kurs tələbəsi Amil Qasımov ikinci, kimya müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Gülnar İmranova üçüncü yeri tutub. İki tələbə isə həvəsləndirici yerə layiq görülüb.

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplomu və pul mükafatı ilə təltif olunublar.

Emtv.az
“Mənim universitetim – mənim dünyam” adlı fotomüsabiqənin qalibləri müəyyənləşib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR