SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Universitetində “Həkimlərin etik davranış qaydaları” mövzusunda konfrans keçirilib

7-11-2017, 14:54 | Oxunub: 9 952 |

Naxçıvan Dövlət Universitetində “Həkimlərin etik davranış qaydaları” mövzusunda konfrans keçirilib

Həkimin öz peşəsinə vicdanla yanaşması, xeyirxahlığı, xəstələrin müalicəsi və diaqnostikasında kliniki və deontoloji əsaslandırması müalicənin mühüm şərtləri sırasındadır.

Emtv.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən bildirilib ki, bu barədə ali təhsil ocağında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə “Həkimlərin etik davranış qaydaları” mövzusunda keçirilən konfransda söhbət açılıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransda çıxış edərək, muxtar respublikada səhiyyənin müasir vəziyyəti və inkişafı istiqamətində görülən tədbirlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Tibb fakültəsi: tələbələr və həkim deontologiyası” adlı məruzəsində bildirib ki, əhalinin sağlamlığının qorunmasında həkimin peşəkar fəaliyyətinin böyük rolu var. Buna görə də həkimlərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların ictimai etimadının yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir.

“Həkimlərin etik davranış qaydaları” adlı məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin şöbə rəisi Səmayə İbrahimova qeyd edib ki, bu il iyunun 29-da Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin əmri ilə “Həkimlərin etik davranış qaydaları” təsdiq edilərək icraya götürülüb və bu qaydalar səhiyyə qanunvericiliyini, insan hüquqlarını, demokratik prinsipləri və ümumi etik davranışları rəhbər tutur.

Naxçıvan Muxtar Respublikası Tibbi-Psixi Dispanserin baş həkimi Rəşadət Nabatov “Tibbi etika: qayda və prinsiplər” və universitetin müalicə işi ixtisası üzrə VI kurs tələbəsi Əminə Seyidzadə “Həkim-xəstə və həkim-cəmiyyət arasındakı münasibətlərdəki etik münasibətlər” mövzularında məruzə ediblər.

Konfransın sonunda universitet tərəfindən Naxçıvan Muxtar Respublikası Tibbi-Psixi Dispanserin baş həkimi Rəşadət Nabatova və tələbələrə sertifikatlar təqdim olunub.

Emtv.az
Naxçıvan Dövlət Universitetində “Həkimlərin etik davranış qaydaları” mövzusunda konfrans keçirilib

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR