SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda miqrasiya və sərhəd idarəçiliyi mövzusunda seminar keçirilib

17-11-2017, 12:40 | Oxunub: 11 681 |

Naxçıvanda miqrasiya və sərhəd idarəçiliyi mövzusunda seminar keçirilib

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən Naxçıvan şəhərində “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilib.

Emtv.az xəbər verir ki, tənzimlənməyən miqrasiya ilə mübarizəyə dair təcrübələrin bölüşülməsinə həsr olunan seminarda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, miqrasiya prosesinin tənzimlənməsində beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışlarında bildiriblər ki, bu layihə tərəfdaşlarla birgə həyata keçirilir və məqsəd sərhəd idarəçiliyinin gücləndirilməsindən ibarətdir. Qeyd olunub ki, layihə çərçivəsində yeni viza rejiminin və readmissiya proseslərinin idarə edilməsi üçün səmərəli mexanizmlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində kömək göstərilməsi, səmərəli miqrasiya idarəçiliyi üçün qanunvericilik bazasını və institusional potensialların gücləndirilməsi, o cümlədən müvafiq təşkilatlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və səmərəliliyinin, həmçinin idarələrarası əməkdaşlığın səviyyəsinin artırılması qarşıya hədəf kimi qoyulub. Bundan başqa, layihənin məqsədləri sırasında texniki təkmilləşdirmə və avadanlıqların müasirləşdirilməsi vasitəsilə sərhəd nəzarəti və yoxlamaları prosedurlarının keyfiyyətini artırmaqla inteqrasiya edilmiş sərhəd idarəçiliyi üçün milli potensialları gücləndirmək də var.

Sonra BMqT-nin Qlobal Miqrasiya Data Analizi Mərkəzinin nümayəndələri Julia Black və Thomas Mertzin, qurumun Vyanadakı regional ofisinin əməkdaşı İvona Todorovskanın təqdimatları olub. Təqdimatlarda təhlükəsiz, qaydalı və tənzimlənən miqrasiya, tənzimlənməyən miqrasiyanın çoxsaylı istiqamətləri, belə miqrasiyaya dair məlumatların toplanması ilə bağlı çətinliklər barədə söhbət açılıb, izahlar verilib.

Daha sonra “Təhlükəsizliyin və insan hüquqlarının tarazlaşdırılması: tənzimlənməyən miqrasiyaya dair siyasəti formalaşdıran zaman hüquqlara əsaslanan yanaşma” mövzusunu əhatə edən təqdimatlar keçirilib. Fransanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Bruno Balduc “Fransada tənzimlənməyən miqrasiya siyasəti”, Rumıniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Andreea-Adela Vulcanescu “Rumıniyada tənzimlənməyən miqrasiya siyasəti”, Böyük Britaniyanın sərhəd qüvvələrinin nümayəndəsi Amanda Read “Birləşmiş Krallığın sərhəd qüvvələrinin müasir köləliyə qarşı cavab və müdafiə tədbirləri” mövzularında çıxış ediblər.

İkigünlük seminar “Miqrant qaçaqçılığı və insan alverinə qarşı mübarizə”, “Həssaslığın müəyyən edilməsi və qiymətləndirilməsi” mövzuları üzrə təqdimatlarla yekunlaşıb. Təqdimatlarda miqrasiya prosesində hüquqi, siyasi və inzibati tədbirlərdən danışılıb, regionda transmilli cinayətkarlığa qarşı əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR