17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tələbələrə Beynəlxalq Miqrasiya Təşkilatının davamlı inkişaf strategiyası haqqında məlumat verilib
Naxçıvan Dövlət Universitetində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı fəaliyyətinin 25 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə, o cümlədən muxtar respublikada aparılan miqrasiya siyasətindən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, siyasi və hərbi qüdrəti, beynəlxalq nüfuzu gündən-günə yüksəlməkdədir. Bu istiqamətdə qazanılan uğurlar həyatımızın bütün sahələrinin dinamik inkişafına əlverişli zəmin yaradır, Azərbaycana gələn əcnəbilərin sayı ölkənin hərtərəfli inkişafının təzahürü kimi ilbəil əhəmiyyətli dərəcədə artır.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak diqqətə çatdırıb ki, tədbirin əsas məqsədlərindən biri tələbələrin dünyada miqrasiya ilə bağlı tədqiqat aparan beynəlxalq təşkilat haqqında və eyni zamanda, qurumun Azərbaycandakı fəaliyyəti barədə məlumatlandırılmasından ibarətdir. Təşkilatın rəhbəri miqrasiya probleminin mühüm cəhətlərindən söz açıb, dünyada bir milyard insanın iqtisadi və siyasi səbəblər üzündən miqrasiya etdiyini bildirib.
Qeyd olunub ki, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Respublikasının miqrasiya sahəsində çoxtərəfli formatda əməkdaşlıq etdiyi əsas tərəfdaşdır. Təşkilat 1951-ci ildə təsis edilmiş beynəlxalq hökumətlərarası qurumdur və qərargahı Cenevrə şəhərində yerləşir. Hazırda BMqT 193 üzv dövləti özündə birləşdirir.
BMqT-nin layihə əlaqələndiricisi İlyas Nəbiyev 2015-2030-cu illəri əhatə edən davamlı inkişaf strategiyası haqqında məlumat verib. Bu proseslərin tənzimlənməsində əməkdaşlığa böyük əhəmiyyət verən ölkəmizin BMT-nin və digər beynəlxalq təşkilatların konvensiyalarına və mühüm sənədlərinə qoşulmasından danışıb, gələcəkdə 17 fəaliyyət istiqaməti üzrə proqramın müəyyənləşdirildiyini bildirib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, təşkilatın 25 illik fəaliyyətini əks etdirən kitab təqdim olunub.
Emtv.az