18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Naxçıvan miqrantlar üçün cazibədar regiona çevrilib"
Naxçıvan şəhərindəki Təbriz otelində “Miqrantların hüquqlarının qorunmasına dair müzakirələr” mövzusunda tədbir keçirilib.
Emtv.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak növbəti dəfə Naxçıvanda olmaqdan məmnunluq ifadə edərək bugünkü tədbirin əhəmiyyətinə toxunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları-səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, təshil alması, sərbəst hərəkət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti ictimaiyyətin, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması üçün müntəzəm olaraq maarifləndirmə tədbirləri həyata keçirir.
Serhan Aktoprak qeyd edib ki, bu gün inkişaf edən Naxçıvan miqrantlar üçün cazibədar regiona çevrilib. Son dövrlər özəl və dövlət sektorunda iş imkanlarının genişlənməsi də buna öz təsirini göstərir.
Aidiyyatı dövlət qurumlarının əməkdaşları ilə keçirilən tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının mütəxəssisi Klaus Foldenin, Beynəlxalq Miqrasiya Təşkilatının hüquq üzrə mütəxəssisi xanım Fanny Dufvenmarkın və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Furio De Angelisin təqdimatları maraqla dinlənilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Kənan Məmmədov çıxışında bildirib ki, münaqişədən əziyyət çəkmiş ölkə kimi biz qaçqınların və məcburi köçkünlərin iztirablarını çox yaxşı başa düşürük. Təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Günün ikinci yarısında tədbir panel və qrup müzakirələri ilə öz işini davam etdirib.
Emtv.az