18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Miqrasiya Xidməti: Ötən ay Naxçıvanda qanunvericiliyin tələblərini pozmuş 40 əcnəbi qeydə alınıb
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti bu ilin sentyabr ayında da miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirləri davam etdirib.
Emtv.az xəbər verir ki,Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, ötən ay xidmət tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 40 nəfər əcnəbi aşkarlanıb. Onlardan 35-i barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 5 nəfər barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 838 müraciət daxil olub. Bu müraciətlərdən 96-sı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Sentyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 742 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərin 198-i xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra olunub.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.
Emtv.az