SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində tədbir keçirilib

16-11-2017, 13:18 | Oxunub: 7 342 |

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində tədbir keçirilib

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Emtv.az xəbər verir ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Yeni Azərbaycan Partiyasının yaranmasını və tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirib: “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranaraq, böyük Heydər Əliyevin rəhbərliyi ilə az vaxt kəsimində ümumxalq partiyasına çevrilmiş, qısa zamanda iqtidar partiyası olaraq xilaskarlıq missiyası ilə yenicə müstəqillik əldə etmiş Azərbaycanın boğulmaqda olan arzularını xilas etmiş, müstəqilliyimizin gerçəkləşməsini təmin etmişdir”. Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyasının yalnız Azərbaycanın inkişafı naminə çalışdığını qeyd edən Bəxtiyar Əsgərov tarixə nəzər salaraq, o dövrün çətinliklərindən bəhs edib. 1990-cı illərin əvvəllərində xalqımızın müstəqil Azərbaycanı dərin, çıxılmaz vəziyyətlərdən, düşdüyü böhrandan yalnız və yalnız ümummilli liderimiz Heydər Əliyevin çıxaracağına böyük ümidlər bəslədiyini, ziyalıların müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Naxçıvan şəhərində Azərbaycanın taleyində gələcəkdə çox mühüm rol oynayacaq Yeni Azərbaycan Partiyasının yaradıldığını xatırladıb. Natiq ümummilli liderimiz Heydər Əliyevin işığında, onun siyasi liderliyi əhatəsində yaranmış Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin əldə etdiyi müqayisəsiz nailiyyətlərdən, ölkəmizin dünya siyasi arenasında özünəməxsus mövqeyini gücləndirməsindən, müasir dövlətçiliyimizin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunmuş misilsiz uğurlu nəticələrdən və bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət nəticəsində qazanılmış yeni-yeni uğurlardan söz açıb. Bildirib ki, Azərbaycan Respublikasının dərin böhran şəraitində olduğu bir vaxtda xalqımızın iradəsi və təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi rəhbərliyə qayıdışı müasir tariximizin ən şərəfli səhifələrindəndir. Ümummilli liderimiz Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sabit müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın tam təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan vermişdir. Bu proseslərdə ulu öndər Heydər Əliyevdən sonra onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının həmişə olduğu kimi, xalqımızın tükənməz rəğbətini qazanması, sıralarını kəmiyyət və keyfiyyət baxımından genişləndirməsi, dünyəvi və regional proseslərdə daim ön cərgədə olması, xalqımızın maraq və mənafelərinin təminatı məramına əsaslanması ilə ümumxalq partiyası olduğunu bir daha sübut etmiş və etməkdədir.

Bəxtiyar Əsgərov Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, partiya üzvlərinin ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etdiyini, Ümummilli Liderin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə və regionun güc mərkəzinə çevrildiyini qeyd edib. O, 25 il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətimizin və insanların rifahının, sosial-mədəni həyatımızın inanılmaz səviyyədə yüksəlməsindən danışıb. Tədbirdə qeyd edilib ki, əldə olunmuş uğurlar Azərbaycanın gələcəyinin daha parlaq olacağına ciddi zəmin yaradıb.

Nümayəndəliyin rəhbəri, eyni zamanda, vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın gündəlik həyatını kökündən dəyişməklə, həyat səviyyəsini yüksək səviyyəyə çatdırmaqla yanaşı, Azərbaycanın siyasi, iqtisadi həyatında yeni mərhələnin əsasını qoyub: “Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Yeni Azərbaycan Partiyası böyük Heydər Əliyevin əsasını qoyduğu siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynamaqdadır. İnanırıq ki, bundan sonra da belə davam edəcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyaları daim yaşayacaq. Hələ uzun illər doğma partiyamız Heydər Əliyev siyasi məktəbinin, onun yolunun və ideyalarının layiqli davamçısı olacaq, daşıyıcı qüvvəsi kimi hakim siyasi elitanı təmsil edəcək”.

Bəxtiyar Əsgərov, eyni zamanda, qeyd edib ki, Yeni Azərbaycan Partiyası hər zaman dahi liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi dünənin, bu günün və gələcəyin partiyası olaraq yaşayacaq: “Partiyamızda yaşlı nəsillə bərabər, qadınlara, gənclərə olan inamın təcəssümü dediklərimizi sübut edir. Ona görə də ümummilli lider Heydər Əliyevin qurucu liderliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. Sıralarını daim keyfiyyət etibarilə genişləndirən, zənginləşdirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası olaraq xalqımızın həyatında öz sözünü deməyə qadir partiya kimi bundan sonra hələ daha neçə on illər öz mövqeyini qoruyub saxlayacaq. Biz buna əminik”.

Sonda nümayəndəliyin rəhbəri deyib: “Təmsil etdiyimiz Naxçıvan Muxtar Respublikasında da hər il doğma partiyamızın il dönümləri yüksək əhval-ruhiyyə, şövqlə qeyd edilir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə bağlı partiyanın muxtar respublika təşkilatı onun İcra Katibliyi, şəhər və rayon təşkilatları ilə birlikdə müxtəlif yaddaqalan tədbirlər keçirir, “dəyirmi masa”lar təşkil edir. Muxtar Respublika Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbovun rəhbərliyi ilə gündən-günə inkişaf edən, gözəlləşən və güclənən Naxçıvan Muxtar Respublikası vaxtilə qoynunda ilk qurultayına qucaq açdığı Yeni Azərbaycan Partiyasının 25 illiyini möhtəşəm silsilə yubiley tədbirləri ilə qeyd etməkdə davam edir. Naxçıvan Muxtar Respublikasında yaradılan açıq mühitin və geniş şəraitin nəticəsidir ki, hazırda partiyamızın muxtar respublika təşkilatının əsas etibarilə ictimai fəallıq nümayiş etdirən, Vətəninə, xalqına, Ümummilli Liderinə sədaqət andı içmiş 53 min 595 nəfər üzvü var. Bunun 21 min 578 nəfərini gənclər, 22 min 979 nəfərini isə qadınlar təşkil edir”.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının 25 il əvvəl məhz Naxçıvanda yaranması, təşkilatlanması onun ümumrespublika təşkilatları içərisində nümunə göstəriləcək gücdə olmasını şərtləndirən amillərdən hesab olunmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Muxtar Respublika Partiya Təşkilatına verdiyi töhfənin, önəmin və ali diqqətin Azərbaycan dövlətçiliyinə xidmətin yüksək nümunəsi olduğunu bildirən nümayəndəliyin rəhbəri bundan sonra da partiya prinsipləri və nizamnaməsinə həssaslıqla yanaşılmasını, onun rəhbər tutulmasını vacib şərtlərdən hesab etdiyini vurğulayıb.

“İnanırıq ki, birliyimizi, həmrəyliyimizi ifadə edən Yeni Azərbaycan Partiyası sədrimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz regional liderliyini möhkəmləndirəcək və torpaqlarımızın erməni işğalından tezliklə azad olunması, ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi nailiyyətlərin müəllifinə çevriləcək”, - deyə Bəxtiyar Əsgərov vurğulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR