18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Günü qeyd edilib
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov “Milli Qurtuluş Günü bütün bayramlarımızın açarıdır” mövzusunda məruzə ilə çıxış edib. O, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu Öndər Azərbaycanı parçalanmaqdan, məhv olmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Bəxtiyar Əsgərov qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız Azərbaycandakı böyük tərəqqinin daha geniş və parlaq müşahidə olunduğu ünvandır. Blokada şəraitində olsa da Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır.
Sonda böyük Heydər Əliyevin tarixi qayıdışı və milli dövlətçiliyimizin xilası zamanı baş vermiş proseslərdən danışan B.Əsgərov, eyni zamanda, Prezident İlham Əliyevlə birgə bu günə qədərki milli dövlətçilik və inkişaf strategiyasının həyata keçirilməsində əsl vətəndaşlıq mövqeyinə malik Azərbaycanın dövlət xadimi, Yeni Azərbaycan Partiyasının qurucularından biri, ictimai–siyasi xadim və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xidmətlərini də qeyd edib, onun təkrarsız fəaliyyəti və Naxçıvanın inkişaf konsepsiyasının uğurlu inkişafına verdiyi əvəzsiz töhfələrdən söz açıb.
Tədbirdə digər çıxış edənlər Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən danışıblar.
Emtv.az