SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının üzvlərinin sayı 16 mini ötüb

2-08-2017, 11:42 | Oxunub: 11 377 |

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının üzvlərinin sayı 16 mini ötüb
Müstəqil Azərbaycan dövlətinin quruculuq prosesi bilavasitə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda ulu öndər Heydər Əliyevin liderliyi ilə yaradılan partiya dahi şəxsiyyətin milli dövlətçilik konsepsiyasını dönmədən həyata keçirib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclasında səsləndirilib.

İclasda bu ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib. Bildirilib ki, ölkəmizin siyasi, iqtisadi, mədəni yüksəlişində əhəmiyyətli rol oynayan, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası bu il özünün 25-ci ildönümünü böyük siyasi nailiyyətlərlə qeyd edir. Naxçıvan şəhərinin müasirliklə qədimliyin vəhdətinə, yüksək səviyyədə inkişafa bariz nümunə olan bugünkü siması məhz bu siyasətin nəticəsidir. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi şəhərimizin beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi nüfuzunu daha da artıracaq.

Qeyd edilib ki, partiyanın Naxçıvan Şəhər Təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının 2013-cü ilin iyununda keçirilən V qurultayı, partiyanın Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V konfransı və Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub. Təşkilat ölkəmizin, o cümlədən muxtar respublikanın və Yeni Azərbaycan Partiyasının ümumi inkişaf tempinə adekvat fəaliyyət göstərməyə çalışıb. Bu baxımdan 2017-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili prioritet vəzifə olub.

Diqqətə çatdırılıb ki, ötən müddətdə təşkilatda 6 İdarə Heyəti, 2 şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı 4 elmi-praktik konfrans, 2 kütləvi tədbir, 1 dəyirmi masa keçirilib. Bu dövrdə partiyaya 686 nəfər üzv qəbul olunub ki, bunların da 406 nəfərini (59 faiz) qadınlar, 668 nəfərini (97,4 faiz) gənclər təşkil edir. Nəticədə, 2017-ci il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 16 min 650 nəfərə çatıb.

Sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayevanın, ərazi ilk partiya təşkilatı sədrlərindən şura üzvü Elnur İbrahimovun, Gənclər Birliyinin üzvü Tünzalə Dilanovanın çıxışları dinlənilib.

İclasda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, şura üzvü Vüqar Səfərov çıxış edərək Naxçıvan şəhərində həyata keçirilən quruculuq işləri haqqında ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR