SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

YAP Şərur Rayon Təşkilatına 53 yeni üzv qəbul edilib

19-07-2017, 14:58 | Oxunub: 11 449 |

YAP Şərur Rayon Təşkilatına 53 yeni üzv qəbul edilib
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Şura iclası keçirilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, yığıncaqda bu ilin ötən altı ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edib.

Qeyd olunub ki, bu müddətdə təşkilatın şura və idarə heyətinin üzvləri müntəzəm olaraq ərazi ilk təşkilatlarında olub, partiya üzvləri və sakinlərlə görüşüb, onların problem və qayğıları ilə maraqlanıblar. Məruzə ətrafında müzakirələrdə YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyidov, İbadulla və Cəlilkənd ərazi ilk partiya təşkilatlarının sədrləri Baxşəli Abdullayev, Günel Babayeva çıxış ediblər.

İclasda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Muxtar Respublika Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, təşkilatda ideoloji işin və onun metodlarının daim təkmilləşdirilməsi, partiyaya daha çox gənclərin cəlb olunması, təbliğat-təşviqat işlərinin günün tələbinə uyğun qurulması, potensialdan düzgün istifadə və onun qorunması bundan sonra da qarşıda duran əsas hədəf olmalıdır.

Şura iclasında təşkilatı məsələyə baxılıb, rayon İcra Hakimiyyətinin başçısı Kamal Camal oğlu Cəfərov Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Şura və İdarə heyətinin üzvü seçilib.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibindəki 87 ilk təşkilatda 10 min 370 nəfər partiya üzvü var. Partiya üzvlərinin 3 min 15 nəfərini, 29 faizini qadınlar, 3 min 138 nəfərini, yəni 30 faizini gənclər təşkil edir. Bu ilin altı ayı ərzində partiya sıralarına qəbul edilən 53 nəfərin 50-si gənclər, 21-i qadınlardır. Əmir Babayev çıxışının sonunda bildirib ki, qarşıdan Yeni Azərbaycan Partiyası yaradılmasının 25 illiyi gəlir. Bununla əlaqədar rayon təşkilatının hazırladığı plana uyğun olaraq müxtəlif tədbirlər keçirilməsi nəzərdə tutulur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR