SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Səs-küylü cinayətlə bağlı daha bir müəmmalı qərar: bacısını öldürən qız necə azadlığa çıxdı?

13-11-2017, 14:40 | Oxunub: 7 915 |

Səs-küylü cinayətlə bağlı daha bir müəmmalı qərar: bacısını öldürən qız necə azadlığa çıxdı?

Bacısını öldürən qız azadlığa çıxıb. Prokuror bu qərardan narazı qalaraq apellyasiya protesti verib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Bakıda bacısının boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı narazı qalıb. Dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə iclası noyabrın 14-nə təyin edilib.

Bu müəmmalı və səs-küylü qətl hadisəsi 2014-cü ilin oktyabrında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyevanın yaşadığı Xudu Məmmədov küçəsi18 ünvanında meyiti tapılıb. Mərhumun kiçik bacısı evə gələrkən qapıda qan izləri görüb. O, qorxaraq qaçıb və polisə məlumat verib.

Günel Nuriyevanın bədənində çoxsaylı bıçaq zərbələri aşkar edilib. Araşdırma zamanə mərhumu özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyevanın qətlə yetirdiyi məlum olub. P.Nuriyeva aralarındakı mübahisə zəminində bacısına 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

Bacısını öldürən P.Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub. Onun məhkəmə istintaqı dövründə psixoloji problemlərinin olduğu üzə çıxıb. Ailəsi də bunu iddia edirdi.
2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Pərvanəyə hökm oxunub. Hökmlə P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarılıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.


Bundan sonra P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilməsini və məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin keçirilməsini istəmişdilər.

Məhkəmə həmin təqdimatı təmin etmişdi. Prokuror məhkəmənin bu qərarından apellyasiya protesti verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR