18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bacısını öldürən şəxsin işi qapalı oldu - intim məqamlara görə...
Ərindən küsərək evdən gedən bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1977-ci il təvəllüdlü Yolçuyev Rəfael Sabirxan oğlunun cinayət işi üzrə məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.
Prosesin qapalı keçirilməsi ilə bağlı məhkəmə qərar qəbul edib. Buna səbəb cinayət işi materiallarında şəxslərin intim münasibətləri haqda məlumatların olmasıdır. Bu iş üzrə zərərçəkmiş kimi mərhum Yasəmən Arzuxanovanın qızı tanınıb. Məhkəmə prosesi başlamadan əvvəl isə təqsirləndirilən Rafael Yolçuyevin qardaşı isə bu iş üzrə heç kimin zərər çəkmədiyini deyib.
Qapalı keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Özünü qismən təqsirli bilən Yolçuyev bacısını namus üstündə öldürdüyünü deyib.
Növbəti məhkəmə prosesi aprelin 27-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi Şamaxıda baş verib. R.Yolçuyev mübahisə zəminində bacısı 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.
Mərhum Yasəmən Arzuxanova həyat yoldaşı ilə dava edərək evdən çıxıb və Bakı şəhərinə gedib. Qardaşı Rafael Yolçuyev bacısını Bakıdan rayona gətirərək onu namus üstündə qətlə yetirib. Mərhum iki uşaq anası olub.
Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqdirli bilinir.
Emtv.az