18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
HƏYAT YOLDAŞINI QƏTLƏ YETİRƏN MƏHBUS QADIN MƏHKƏMƏDƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
EMTV,az xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, S.İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.
Məhkəmə baxışı aprelin 25-nə təyin edilib.
Qeyd edək ki, qətl keçən il Nəsimi rayonunda baş verib. S.İmanova keçmiş ərini nənəsigilə qonaq çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Sonra onlar arasında qısqanclıq zəminində mübahisələr yaranıb. Bu zaman S.İmanova bıçaqla keçmiş ərini qətlə yetirib. Ona Cinayət Məcələsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.