17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bacısını qısqanclıq zəminində öldürən gəncə hökm oxundu
Bakıda bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən Seyid Mirəli Cavadovun cinayət işi üzrə məhkəmə başa çatıb.Hakim Azər Orucovun sədrlik etdiyi kollegiyasının hökmü ilə Seyid Mirəli Cavadov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il aprel ayının 8-də Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü S.Cavadov bacısı 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb. İ.Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. M.Cavadov isə qohumları tərəfindən xəstəxanaya aparılıb və həkimlər onun həyatını xilas ediblər.
Polis əməkdaşları tərəfindən saxlanılan S.Cavadov hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Belə ki, M.Cavadovla nikahdan iki övladı olan İ.Cavadova ərindən boşanmaq istəyib. Cinayət hadisəsindən bir neçə gün əvvəl İ.Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünsələr də, bir həftə sonra 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb. Daha sonra İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı S.Cavadov onların evinə gələrək, bacısına 21 bıçaq zərbəsi endirib, əmisi oğluna isə xəsarət yetirib.