SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Dələduzluqda təqsirləndirilən şəxs barədə prokurorun protesti təmin edilib

22-12-2016, 10:20 | Oxunub: 13 912 |

Dələduzluqda təqsirləndirilən şəxs barədə  prokurorun protesti təmin edilib

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Oqtay Əlisgəndərovun barəsində olan hökmdən prokurorun verdiyi apellyasiya prostestinə baxılıb.

Vəkil Bəxtiyar Hacıyevin apa-ya verdiyi məlumata görə, məhkəmə prokurorluğun protestini təmin edərək onun barəsində olan hökmü dəyişdirib.

Belə ki, O. Əlisgəndərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdiklərini deyib. Şikayət Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Şikayətə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən O. Əlisgəndərov Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 4 il sınaq müddəti olmaqla, 8 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun protestini təmin edib. Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttiham aktına əsasən O. Əlisgəndərov Qəfər Məmmədov adlı şəxsi oğlu Anar Məmmədovu işə düzəldəcəyi adı ilə aldadaraq ondan 4 min manat pul alıb. Daha sonra o, həmin pulu zərərçəkmiş şəxsə qaytarıb. O. Əlisgəndərov Ali Məhkəmənin hakimi Ramiz Rzayevə məktubla müraciət edib. O, məktubunda qeyd edib ki, ləğv edilmiş MTN əməkdaşları onun telefon danışıqlarına qanunsuz olaraq qulaq asıblar və pulu qaytardıqdan sonra zərərçəkmiş Q. Məmmədova şikayət etməsi üçün təzyiq göstəriblər. Bundan sonra Q. Məmmədov ondan şikayət edib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR