17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DƏLƏDUZLUQLA MƏŞĞUL OLAN HAKİMİN APELLYASİYA PROSESİ KEÇİRİLİB
Bu gün Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin və digər şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"EMTV.az" xəbər verir ki,mətbuata verilən məlumatına görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin təmin edilməməsini, hökmün qüvvədə saxlanılmasını istəyib. Daha sonra hakimlər çıxış etmək üçün sözü zərərçəkmiş Ramazan Səlimova verib.
Amma Ramazan Səlimov vəkili İradə Cavadovanın prosesdə çıxış etmədiyini əsas gətirib və çıxış etmək üçün vaxt istəyib.
Buna görə də növbəti məhkəmə iclası dekabrın 21-nə təyin edilib.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə azadlıqda olan Həsən Əliyevin barəsində isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. O, məhkəmə zalında həbsə alınıb.
Həmçinin Ramazan Səlimovun Həsən Əliyevə qarşı qaldırdığı mülki iddia təmin edilib və Həsən Əliyev iş üzrə mülki cavabdeh kimi tanınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin zərərçəkmiş Ramazan Səlimovun müdafiəçisi Iradə Cavadova da apelyasiya şikayəti verib. O, dəymiş ziyana görə təqsirləndirilən şəxslərdən əlavə maddi təzminat istəyib.
Bakı Apelyasiya Məhkəməsində, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyev və digər şəxslər Elman Məmmədov, Taleh Süleymanovun apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılması barədə qərardad qəbul edilib.
İyunun 16-da Gəncə Apelyasiya Məhkəməsində, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyevin vəkillərinin kasasiya şikayəti verdikləri məlum olub. Həsən Əliyevin müdafiəçiləri apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılmasını istəyib. Amma Ali Məhkəmə onun bu istəyinə rədd cavabı verib.
İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda işə düzəlmək üçün 2011-ci ildən tanışı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev Ramazan Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan nə iş düzəlib, nə də pul geri qaytarılıb.
Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Sikayət əsasında cinayət işi başlanıb və Elman Məmmədov həbs olunub.