SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Universitetində radio və televiziya işçilərinin peşə bayramı günü qeyd olunub

7-11-2017, 14:50 | Oxunub: 12 485 |

Naxçıvan Dövlət Universitetində radio və televiziya işçilərinin peşə bayramı günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi nəticəsində muxtar respublikanın informasiya blokadası aradan qaldırılıb, azad mətbuatın inkişafı təmin olunub.

Emtv.az xəbər verir ki, bu sözləri universitetin elmi kitabxanasında radio və televiziya işçilərinin peşə bayramı gününə həsr olunmuş “dəyirmi masa”da rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.

Saleh Məhərrəmov universitetdə fəaliyyət göstərən televiziya və radio işçilərini peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində həyata keçirilən “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi çərçivəsində “Universitet” televiziyası müasir texnologiyalarla təchiz olunub, virtual studiya quraşdırılıb.

Universitetin mətbuat şöbəsinin müdiri, jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi Səadət Əliyeva ali təhsil ocağında 2000-ci ildə mətbuat xidmətinin yaradılmasından, 2009-cu ildə mətbuat xidməti əsasında mətbuat şöbəsinin təşkilindən danışıb. Qeyd olunub ki, universitet həyatında baş verən mühüm tədbirlər media mərkəzində işıqlandırılır və kütləvi informasiya vasitələrinə operativ şəkildə çatdırılır.

Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyeva 2001-ci ildən universitetdə jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanıldığını bildirib. Qeyd edib ki, 2011-ci ilin aprel ayından nəşrə başlayan “Yeni fikir” qəzeti, “Nuhçıxan” universitet radiosu, bu gün uğurla fəaliyyət göstərən universitet televiziyası (UTV) jurnalistika ixtisasında təhsil alan tələbələrin nəzəri biliklərinin təcrübi olaraq zənginləşdirilməsində mühüm rol oynayır.

Tədbir diskussiya şəklində davam edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR