SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Alman Akademik Mübadilə Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

7-11-2017, 14:36 | Oxunub: 9 448 |

Alman Akademik Mübadilə Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

Tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan və bu sahədə dünyanın ən böyük təqaüd təşkilatı sayılan Alman Akademik Mübadilə Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar.

Emtv.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən bildirilib ki, beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov mərkəzin fəaliyyətinin önəmini və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib.

Xidmətin Bakı Məlumat Mərkəzinin direktoru Stefani Düfo vurğulayıb ki, Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərən qurum dünyada 60-dan artıq ölkədə 15 xarici nümayəndəlik, 56 məlumat mərkəzi və 500-dən çox lektor və dil mütəxəssisləri ilə təmsil olunur. Alman Akademik Mübadilə Xidmətinin əsas fəaliyyəti tələbələrin və elmi işçilərin mübadiləsi ilə Almaniyanın xarici ölkələrlə akademik münasibətlərinin dəstəklənməsidir. Xidmətin Bakı Məlumat Mərkəzi regionlarda yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Əvvəlki layihələrdə təkcə alman dili ixtisaslarında oxuyan tələbələrə üstünlük verilirdisə, bu gün artıq layihə çərçivəsində ingilisdilli təhsil proqramlarına da yer verilir. İl ərzində tələbələr və müəllimlər üçün müxtəlif mövzularda seminarlar və yay məktəbləri təşkil edən Bakı Məlumat Mərkəzi tərəfindən təqaüdlü təhsil proqramları da irəli sürülür.

Sonda tələbələrin mərkəzin iş prinsipi ilə əlaqədar sualları cavablandırılıb, mərkəzin fəaliyyətini dolğun əks etdirən broşürlər paylanılıb.

Emtv.az
Alman Akademik Mübadilə Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR